UEFA Belçika kubokunun qalibini Avropa Liqasından kənarlaşdırıb

UEFA Belçika kubokunun qalibini Avropa Liqasından kənarlaşdırıb

İyul 19, 2019

UEFA Belçikanın “Mexelen” klubunu avrokuboklardan kənarlaşdırıb.

APA-nın məlumatına görə, ölkə kubokunun qalibi danışılmış oyunlarda günahlandırıldığı üçün Avropa Liqasının qrupunda oynamaq hüququndan məhrum olub.

Nəticədə Belçikanın bu turnirdəki təmsilçilərinin siyahısında dəyişikliklər olub. Mübarizəyə III təsnifat mərhələsindən başlamalı olan “Standart” birbaşa qrupda oynamaq şansı qazanıb.

“Antverpen” isə II deyil, III təsnifat mərhələsindən yarışa qoşulacaq. Avrokuboklara vəsiqə qazanmayan “Gent” isə ikinci raundda qüvvəsini sınayacaq.

PAYLAŞMAQ: