İqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq elektrik enerjisi istehlakı da artıb – RƏSMİ

İqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq elektrik enerjisi istehlakı da artıb – RƏSMİ

19.07.2019

15:23

2018-ci ilin birinci yarımili ilə müqayisədə 2019-cu ilin müvafiq dövrü ərzində elektrik enerjisinə tələbat da 586 milyon kVts artıb.

Milli.Az xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bu ilin 6 ayı ərzində yüzlərlə – çoxmərtəbəli bina, sahibkarlıq obyekti, sənaye məhəllələri, aqroparklar, zavodlar, fabriklər istifadəyə verilib. Yəni iqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq istehlak da çoxalıb:

“Ötən ilin birinci yarım ili ilə müqayisədə elektrik enerjisinin istehsalı artırılıb. Belə ki, 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində 11.544 milyard kVts elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 milyon kVts çoxdur”.

Məlumatda bildirilir ki, 2019-cu ilin birinci yarım ili ərzində “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 milyon kVts elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVts çoxdur:

“Ənənəvi olaraq bu il də Azərbaycan qonşu ölkələrə – Gürcüstan, Rusiya, Türkiyə və İrana elektrik enerjisi ixrac edir”.

PAYLAŞMAQ: