Şirvanda kütləvi zəhərlənmə hadisəsi baş verib

Şirvanda kütləvi zəhərlənmə hadisəsi baş verib

20.07.2019

0:40

Şirvanda toy məclisində kütləvi zəhərlənmə olub.

AZƏTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərdəki “Yeganə” şadlıq sarayında baş verib.

Zəhərlənməyə şadlıq evindəki toy mərasimi zamanı pirotexniki vasitənin yandırılması nəticəsində tüstünün yayılması səbəb olub. Nəticədə mərasimdə iştirak edən qonaqlardan 17 nəfər zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞMAQ: