Cəlilabadda bacısını öldürən şəxsə hökm oxunub

Cəlilabadda bacısını öldürən şəxsə hökm oxunub

İyul 20, 2019

Cəlilabad rayonunda bacısını qətlə yetirən Hikmət Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən H. Sadıqov 16 il müddətinə azadlıqdan məhrum olunub. Qərarla razılaşmayan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsində onun cəzası 14 il 6 aya endirilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 2-də baş verib.

İttiham əsasən, H. Sadıqov rayonun Üçtəpə kəndində yerləşən evə qayıdarkən həmin evdə onunla birlikdə yaşayan, evli olduğu halda başqa kişi ilə sevgi münasibətində olmasından şübhələndiyi bacısı Cəfərova Arzu Rafət qızının 27 dəfə zərbə vuraraq öldürüb.

PAYLAŞMAQ: