“Sparkassen Chess-Meeting”: Teymur Rəcəbov son turda mübarizə aparacaq

“Sparkassen Chess-Meeting”: Teymur Rəcəbov son turda mübarizə aparacaq

İyul 21, 2019

İyulun 21-də Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin son turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov son turda estoniyalı Kaydo Kyulaotsla mübarizə aparacaq. Altı turun nəticəsinə görə, təmsilçimizin aktivində 3,5 xal var.

Turnir cədvəlinə 4 xalla Lenyer Dominqes (ABŞ), Radoslav Voytaşek (Polşa) başçılıq edirlər. Beynəlxalq turnirin digər oyunçuları Riçard Rapport (Macarıstan) 3,5, Yan Nepomnyaşi (Rusiya), Daniel Fridman (Almaniya) 3, Kaydo Kyulaots və Liviu Dieter Nisipeanu (Almaniya) 1,5 xal qazanıblar.

PAYLAŞMAQ: