Birgə müsabiqənin qalibləri mükafatlandırılıb

Birgə müsabiqənin qalibləri mükafatlandırılıb

21.07.2019

14:12

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və “Azərenerji” ASC-nin birgə təşkil etdikləri “Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, “Azərenerji” ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbirin əvvəlində “Azernerji” ASC-nin “Reabilitasiya proqramı” çərçivəsində görülmüş işlərdən bəhs edən qısa videoçarx nümayiş olunub.
Qonaqları salamlayan “Azərenerji” ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev bildirib ki, ötən ilin payızından başlayaraq “Azərenerji” ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası da daxil olmaqla ölkədəki 12 elektrik stansiyasında, sistem əhəmiyyətli 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır: “35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir”.
Vüqar Əliyev həmçinin bildirib ki, 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya proqramı”nın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerjisistemin etibarlığını və dayanaqlığını təmin edərək inkişafa nail olmaqdır: “Reablitasiya proqramı çərçivəsində 800 MVt-dan artıq “itirilmiş” gücün bərpası planlaşdırılıb”.
“Azərenerji ASC” prezidentinin müşaviri görülən işlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında jurnalistlərin rolunu da xüsusi vurğulayıb. O, təşkil olunmuş müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirərək yekun nəticələr barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli media nümayəndələrini Milli Mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.
Azərbaycanın davamlı və sabit inkişafında energetika sisteminin rolunu xüsusi qeyd edən Vüqar Səfərli bir ilə yaxın müddətdə bu sahədə mühüm islahatların aparıldığını, enerjisistemin etibarlığının xeyli dərəcədə yüksəldiyini bildirib. İcraçı direktor əlavə edib ki, “Azərenerji” ASC ilə birgə keçirilən müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi ilə əlaqədar reallaşdırılan tədbirlərin ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Çıxışını davam etdirən Vüqar Səfərli bildirib ki, 2019-cu il mayın 10-dan iyulun 5-dək davam edən birgə fərdi jurnalist yazıları müsabiqəsinə 25 KİV-dən 35 yazı təqdim edilib, yazılar üç nəfər ekspert tərəfindən qiymətləndirilib. İcraçı direktor yekun nəticələrə əsasən, yazı müəlliflərindən 6 nəfərinin əsas, 10 nəfərinin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.
Sonra qaliblərə fəxri diplom və pul mükafatları təqdim olunub.
Tədbiri yekunlaşdıran “Azərenerji” ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev media münayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, habelə Fondla bundan sonra da müştərək layihələrin həyata keçiriləcəyini vurğulayıb.

“Azərenerji” ASC-nin Reabilitasiya proqramı və yeni hədəflər”

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Ortabal

I yer

İbadlı Tural Qabil oğlu

“Report” İnformasiya Agentliyinin müxbiri

20

II yer

İsmayılov Rufik Afis oğlu

“Kaspi” qəzetinin müxbiri

19,6

II yer

Sultan Rüfət Nadir oğlu

“Mövqe” qəzetinin müxbiri

19,3

III yer

Salmanova Nərgiz Allahverən qızı

“Yeni Müsavat” qəzetinin müxbiri

19

III yer

Bağırov Mamed Abbas oğlu

“Səs” İnformasiya Agentliyinin müxbiri

18,6

III yer

Hüseynova Pərvanə Rafiq qızı

“The Business Times” qəzetinin müxbiri

18,6

Həvəsləndirici

Bayramov Nardar Məmməd oğlu

“Yeni Azərbaycan” qəzetinin müxbiri

18,3

Həvəsləndirici

İsrafilov Orxan Vahid oğlu

“İki sahil” qəzetinin bölmə müdiri

18

Həvəsləndirici

Abbasov Elçin Ağamirzə oğlu

“Xalq qəzeti”nin müxbiri

18

Həvəsləndirici

Tağıyev Tural Rasim oğlu

“Palitra” qəzetinin müxbiri

18

Həvəsləndirici

Qocayev İsmayıl Arif oğlu

“Şərq” qəzetinin müxbiri

17,6

Həvəsləndirici

Əmirova Zaurə Hikmət qızı

“Unikal” qəzetinin müxbiri

17,6

Həvəsləndirici

Cəlilova Günel İsa qızı

“Bakı-Xəbər” qəzetinin müxbiri

17,6

Həvəsləndirici

Xəlilov Ruslan Qaçay oğlu

“Teleqraf.com” İnformasiya Agentliyinin redaktoru

17,3

Həvəsləndirici

Məmmədova Gülnarə Əmir qızı

“Bizimyol.info” saytının müxbiri

17,3

Həvəsləndirici

Abbaslı Tahir Tapdıq oğlu

“Paralel” qəzetinin baş redaktor müavini

17,3

Namazov Elçin Sabir oğlu

“İki sahil” qəzetinin bölmə müdiri

16,6

Sarıyeva İradə Murad qızı

“Bakı-Xəbər” qəzetinin müxbiri

16,6

Rəhimov Təbriz Kamal oğlu

“azim.az” saytının baş redaktoru

16,6

Əliyev Azad Akif oğlu

“Həftə içi” qəzetinin redaktoru

16,6

Oğuz Aysel Yunus qızı

“Olaylar” İnformasiya Agentliyinin şöbə müdiri

16,6

İsmayılov Qismət Eyyub oğlu

“Səs” qəzetinin şöbə müdiri

16,6

Mahmudlu Sübhan İlqar oğlu

“Ədalət” qəzetinin müxbiri

16,3

Əliyev Seymur Telman oğlu

“Moderator.az” saytının redaktoru

16,3

Səfərova Samirə Məmmədhənifə qızı

“Bakı-Xəbər” qəzetinin baş redaktor müavini

16,3

Həsənov İsgəndər Aqil oğlu

“525-ci qəzet”in redaktoru

16,3

Babayeva Mənsumə Maşallah qızı

“İki sahil” qəzetinin müxbiri

16,3

Abuşova Elnurə Nurəddin qızı

“Mövqe” qəzetinin müxbiri

16

Salahov Mətləbəli Bayraməli oğlu

“Səs” qəzetinin məsul katibi

16

Quliyev Qalib Bəyməmməd oğlu

“Xocalının səsi” qəzetinin redaktoru

16

Əliyeva Zeynəb Qəhrəman qızı

“Mövqe” qəzetinin müxbiri

15,6

İsmayılbəyli Süleyman Nəbi oğlu

“Olaylar” qəzetinin müxbiri

15,6

Hüseyinova Cəmilə Aslan qızı

“Həftə içi” qəzetinin müxbiri

15,6

Qasımova Gülşən Rayub qızı

“Modern.az” saytının müxbiri

15,6

Baxşalıyev Sabir Məhiş oğlu

“Həftə içi” qəzetinin müxbiri

15,6

PAYLAŞMAQ: