Bərdədə yanğın baş verib

Bərdədə yanğın baş verib

21.07.2019

14:25

Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb. Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞMAQ: