İranın Yol və Şəhərsalma nazirinin müavini Azərbaycana gəlib

İranın Yol və Şəhərsalma nazirinin müavini Azərbaycana gəlib

22.07.2019

11:48

İranın Yol və Şəhərsalma nazirinin müavini və Dəmir Yolları şirkətinin direktoru Səid Rəsuli Bakıya gəlib.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, S. Rəsulinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü nəzərdə tutulub.

Səfər çərçivəsində tərəflər Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, dəmir yolları sahəsində əməkdaşlıqlar, xüsusilə Rəşt – Astara dəmir yolunda son vəziyyət haqqında fikir mübadiləsi aparacaqlar.

PAYLAŞMAQ: