Baş Prokurorluğun keçmiş əməkdaşı Emin Hüseynov ölüb, ya öldürülüb?

Baş Prokurorluğun keçmiş əməkdaşı Emin Hüseynov ölüb, ya öldürülüb?

İyul 22, 2019

Xeyli vaxtdı bəzi mətbuat orqanlarında Badamdar bələdiyyəsinin keçmiş rəhbəri Bəybala Hüseynovun oğlu, Baş Prokurorluğun keçmiş əməkdaşı Emin Hüseynovun öldürülməsi ilə bağlı məlumatlar dərc edilməkdədir. Sözügedən məsələ ilə bağlı Respublika Baş Prokrorluğunun verdiyi bəyanat mətbuat orqanlarında da dərc olunaraq səsləndirilən iddialara cavab verilsə də, Bəybala Hüseynovun şikayətləri səngimək bilmir.

Ölkə.az məsələ ilə bağlı qaranlıq mətləblərə aydınlıq gətirməyə çalışıb. Araşdırma nəticəsində mərhum Emin Hüseynovun ölümündə “təqsirkar”ları da danışdırmaq imkanımız olduğundan məsələnin tam təfərrütını sizlərə də təqdim edirik. İlk öncə Bəybala Hüseynov tərəfindən təqsirləndirilən mərhum Emin Hüseynovun qaynanası, Aygün Mövsumovanın fikirləri dinlədik:

Sizin keçmiş qudanız Bəybəla Hüseynov müsahibələrində iddia edir ki, oğlu Emin Hüseynovun ölümündə oğlunun həyat yoldaşı, yəni sizin qızınızın da əli var. Bu məsələyə sizin münasibətinizi bilmək istərdik…

– Siz diqqətlə mənə baxın, mənim haqqımda deyilənlər sizcə həqiqətdir? Əslində bu barədə danışmaq istəmirəm. Danışanda əsəb keçirirəm. Çünki internetdə ağına-bozuna baxmadan nə gəldi yazırlar. Bəybala bilmirəm nəyin peşindədi, amma danışdıqları hamısı yalandır. Birinci onu deyim ki, Bəybalanın bir oğlu yox iki oğlu var. Allah şəfasın versin, onun ikinci oğlu da xəstədif. Rəhmətlik Emin ailə qurmamışdan öncə qara ciyəri dəyişilmişdi. Qızım 2016-cı ildə ailə qurandan sonra Emin iki dəfə də əməliyyat oldu. Rəhmətliyin şəklinə baxanda da görsənir ki zəif, xəstə uşaqdı. Fevral ayında (rəhmətə gedən il nəzərdə tutur) Eminin qanı düşdü və mədəsinə qan sızdı, təcili Türkiyyəyə apardılar və əməliyyat elədilər. Sonra aprel ayında varikoz genişlənməsi oldu. Bir sözlə mənim qızım cəmi 11 ay orda gəlin oldu və 11 ay ərzində bir gün belə Eminin vəziyyəti yaxşı olmadı. Hər gün haldan hala düşürdü. Onlar 2017-ci ilin avqust ayında Antalyaya getməzdən öncə analiz verdilər, nəticələr ürəkacan olmadı, pis çıxdı. Emin xəstəliyi ilə bağlı əvvəllər uzunmüddətli Türkiyədə yaşayıb. Hətta nişanlı olan vaxtı da Ukraynaya getmişdi, orda da qanaxma olmuşdu Emində. Bəybala hansı sağlamlıqdan danışırdı ki, uşaq il boyu qızdırma içində olurdu? Çox yaxşı uşaq idi. Həm yeznə kimi həm də insan kimi yaxşı insan idi. Allah rəhmət eləsin. İnternetdə yayılan videonu görəndən indiyə qədər özümə gələ bilmirəm.

-Bilə-bilə onun qara ciyəri dəyişilib niyə qızınızı ona ərə verdiniz?

-Biz, yəni ailəmiz Eminin xəstə olduğu haqda məlumatımız var idi. Amma qaraciyərinin dəyişilməsini, ağır əməliyyatlar keçirməsini bilmirdik, bunu bizdən gizlətmişdilər.

-Bəybala Hüseynovun iddiasına görə sizin bacınız oğlu, Emin rəhmətə gedəndə onun telefonunu suya atıb.

-Bəybala özündən hoqqa çıxarır. Mənim qızımın o telefondan ümumiyyətlə xəbəri olmayıb. O telefon məsələsi Mənim qızım o evdən çıxandan sonra üzə çıxıb.? Ikincisi o, mənim bacım oğludur, Bəybalanında da qaynı oğludur.. nəyə görə bizim adımızı hallandırır?? Bəybala gedib versin hüquq mühafizə orqanlarına. Qoy təsdiqin tapsın onun dedikləri.

-Siz Bəybala Hüseynovla necə qohumsunuz?

-Bəybalanin yoldaşı bacımın baldızıdır.

– Yayılan videodan görünür ki, Emin Hüseynov idman zalinda rəhmətə gedib. Amma Bəybala Hüseynov müraciətlərində deyir ki, siz onun əmlakını ələ keçirmək üçün bu addımı atmısınız?

Allah var baş üstündə. Mənim qızımın indi 21 yaşı var. Necə Allahsız danışmaq olar? 18 yaşlı bir atasız qızın bunları edəcəyini ağlınıza gətirirsiniz? Emin rəhmətə gedəndən 4 ay sonra mən qızımı o evdən çıxartdım. Ancaq qızıma aid paltarları götürüb qaçdım o evdən. Əgər mal-mülk davası döyən idimsə elə aldığım mebbelləri götürərdim də.

Bəybalanı hardasa başa düşmək olar. Cavan oğlu rəhmətə gedib, bilmir etdiyini amma mətbuat nümayəndələri niyə belə edirlər, onları anlamaqda çətinlik çəkirəm. Onlar bilirlərmi bu məlumatları internetə yerləşdirəndə qızım intihar etmək istəyir. Qızım tələbədir. Qrup yoldaşları gətirib göstərilər ona Bəybalanın çıxışlarını ittihamlarını. Düşünmürlərmi bir gəncin həyatını məhv edirlər? Bir nəfər intihar edəndə düşürsünüz kiminsə üstünə ki, filankəsin ucbatından intihar etdi. Bu dəfə qızım intihar etsə o mətbuat kimin üstünə düşəcək? Onu yazan jurnalist gəlib mənim günümü görsə inanın utandığından bu movzunu daha yazmayacaq.

-Emin yoldaşı ilə Türkiyəyə gəzmək niyyəti ilə getmişdimi və bu təklif kimdən gəlmişdi?

– Onlar evlənən ili də getmişdilər Antalyaya. Bu dəfə də Londona getmək istədilər. Viza problemi olduğundan təkrarən Antalyanı seçdilər. Birdə ki, rəhmətlik Emin elə bir adam idi ki, ona nəyisə məcbur etmək mümkünsüz idi. Özü Antalyanı istədi və ora da getdi.

Sizə bir söz deyim, Bəybala çox gözəl bilir ki onun oğlunun xəstəliyi nədir. Niyə ona-buna şər atır mən bilmirəm. Amma tək bildiyim odur ki, oğlu Antalyada komaya düşəndə o, təyyarəyə bilet almadı, şəxsi avtomobili ilə 2 gün maşınla yol getdi Antalyaya.

Deyir ki, bir fanta içiblər və Emin zəhərlənib. Vallah gülüncdür. 3 dəfə qaraciyərindən əməliyyat olan, hər gün qan qusan, qaraciyəri dəyişilən, müalicəsi üçün dəfələrlə xarici ölkədə olan, il boyu qızdırması olan adamın kimsə tərəfindən zəhərlənməsini demək gülüncdür. Axı Bəybala bunların hamısını bilir. Tez-tez dövlət orqanları deyir. Bir dövlət orqanları bunun dediklərin araşdırsınlar da…

 

PAYLAŞMAQ: