Bəybala Hüseynovun digər ittiham etdiyi şəxs “Avanqard Travel”in rəhbəri Yeganə Nağıyeva

Bəybala Hüseynovun digər ittiham etdiyi şəxs “Avanqard Travel”in rəhbəri Yeganə Nağıyeva

İyul 22, 2019

Bəybala Hüseynovun digər ittiham etdiyi şəxs “Avanqard Travel”in rəhbəri Yeganə Nağıyeva
Bəybala Hüseynovun oğlunun ölümündə təqsirkar hesab etdiyi və bununla bağlı mətbuat orqanlarına açıqlamasında digər şəxsin “Avanqard Turizm” Agentliyinin rəhbəri Yeganə Nağıyeva olduğunu iddia edir. Onun sözlərinə görə, Yeganə Nağıyeva heç bir əsas olmadan Emin Hüseynova istirahətdə olduğu zaman, mənbəyi və mənşəyi məlum olmayan “Yaxtatur” gəzintisi hədiyyə etdirmiş və oğlunun zəhərləndirilməsi də elə o zaman baş vermişdir.
“Avanqard Turizm” Agentliyinin rəhbəri Yeganə Nağıyevaya bu məsələyə aydınlıq gətirməsi üçün müraciət etdik. Bu barədə danışan Yeganə Nağıyeva “Bəybala Hüseynov məni elə bir adamlara calaşdırırb ki, mən o insanların üzlərini həyatda belə görməmişəm. Nağıyev yoldaşımın soyadıdır. O, Şirvan rayonundandır. Özümün ata soyadım Həsənovadır. Bəybala Hüseynov Antalyada da bu işi qaldırdı, gördü bir şey çıxmır, indi burda başladı”  Xanım Nağıyeva daha sonra digər suallarımıza da aydınlıq gətirib:

-“Bəybala Hüseynovun “Heç oğlum Antalyaya getmək istəmirdi, onu turfirma göndərdi” kimi iddiasını cavablandırır:
-“Mərhum Emin Hüseynov heç vaxt mənim şirkətimə gəlməyib. Bizdən turu onların sürücüsü Balakişi alıb. Emini ikinci dəfə idi səfərə göndərirdim. Məlum hadisədən bir il əvvəl bal ayına göndərmişdim. Bal aylarında fərdi transferlə tur təşkil etmişdim, otaqlarını bəzətdirdim. Heç özü ilə şəxsi tanışlığım da olmayıb.. Mən öz işimi görmüşəm. Sadəcə Balakişi həmişə xahiş edirdi ki, müdürünün oğludur, elə edin narazı qalmasınlar. Antalya səfərində də yaxt-tur təşkil etmişəm, atası yapışıb həmin turdan. Bəybala müəllimin özü turist səfərində olmayıb, ona görə də başa düşmür. Bu sahədə adi bilgisi də yoxdur. Heç kim əvvəlcədən bilmir ki, istirahət zamanı, yaxt-turu kim təşkil edib aparacaq. Dönə-dönə dedim ki, sizin bu işdə hansısa şübhəniz varsa, otelin kamera görüntülərinə baxın ki, kim gəlib aparıb, araşdırın. Həmin adamlar desin ki, Yeganəni tanıyıram. Mənim nəyimə lazımdı, yay dövrüdür, gündə yüzlərlə müştərim gəzməyə gedir. Absurd bir şeydir. Mənim nəyimə lazımdı onun oğlunun ölümünü təşkil etmək”.

Daha sonra şirkət rəhbəri açıqlamasında bildirir ki, atası Eminin xəstə olduğunu bilə-bilə sığorta şirkətindən onun cənazəsinin gətirilmə pulunu ödəməyi tələb edib:
“O adamın qara ciyəri dəyişilmişdi, atası bunu açıb-ağartmır. Gedin “Atəşgah” sığorta şirkətindən öyrənin. Bizim etdiklərimizin qarşısında onun dedikləri adama qəribə gəlir. O mənə nə desə belə, övladını itirmiş valideyn kimi, başa düşməyə çalışırdım. Bu ölüm işi ilə bağlı dindirilmişəm. Heç o adam bildirməmişdi ki, oğlunda qara ciyər transplantasiyası olub. Deyir ki, guya qanında zəhərlənmə çıxıb. Gah dedi ki, gəlinim zəhərləyib. Öz gəlinindi, mənə aidiyyəti var? Onlar yaxtada heç yemək də yeməyiblər. Bəs onu mən necə zəhərlətdirə bilərəm? Zəhərlənsəydilər ikisi də zəhərlənərdilər”.

Ölkə.az

PAYLAŞMAQ: