Digər “təqsirkar” Emin Hüseynovun həyat yoldaşı Elfira Hüseynova…

Digər “təqsirkar” Emin Hüseynovun həyat yoldaşı Elfira Hüseynova…

İyul 22, 2019

Digər “təqsirkar” Emin Hüseynovun həyat yoldaşı Elfira Hüseynova…

Sözgedən qətillə bağlı Bəybala Hüseynovun digər ittiham etdiyi şəxs isə gəlini, yəni oğlunun həyat yoldaşı Elfira Hüseynovadır. İttihamla Bəybala Hüseynov belə səsləndirir:

“Əslində oğlum istirahətə heç getmək də istəmirdi. Onun həyat yoldaşı necə oldusa, Emini bu işə razı saldı. Hətta oğlum bir dəfə etiraz etmək istəyəndə, qaynanası dedi ki, qızım kiməsə söz verib. Amma kimə söz verib? Niyə mütləq getməli idi? Mən çox narahat idim və istəmirdim oğlum getsin”.

Bu ittihama isə onun gəlini Elfira Hüseynova belə cavab verir:

“Eminin anası da bilir ki, oğlu əvvəl Londona getmək istəyirdi. Bildirdilər ki, viza almaq 2-3 ay çəkəcək, Emin Bəybala müəllimin köməkçisi Balakişi adlı şəxslə məsləhətləşmişdi. Dəniz turunu isə özləri təşkil etdilər. Turizm şirkəti və onun rəhbərini tanımamışam. Artıq iki gün idi ki Antalyada istirahətdə idik, Balakişi müəllim vatsapla səsli mesaj göndərdi ki, tur var, sizi göndərmək istəyirlər. Biz Eminlə razılaşdıq. Bəybala müəllim deyir ki, guya yaxtada Eminə nəsə içirdiblər, amma orda biz ancaq fanta işmişik, onu da Emin mənə almışdı. Mən içmişəm, məndən sonra da eyni qabdan Emin. Başqa heç bir qida qəbul etməmişik. Bizi oteldən bələdçi gəlib götürüb, bir neçə saat yaxtada olmuşuq. Emin dünyasın dəyişən gün səhər saat 09 radələrində restorana gedib yemək yemişik, hər şey normal olub. Emin hətta atasına da zəng edib, telefona cavab verməyib. Sonra anasına yığıb, o da telefonu açmayıb. Sonra otağa gediblər, Emin “idmana gedib 20 dəqiqəyə qayıdıram” deyərək otaqdan çıxdı. Təxminən 30-40 dəqiqə sonra otağa zəng gəlib. Eminin halının pisləşməsini xəbər veriblər. Aşağı düşəndə artıq təcili yardım gəlmişdi. Həmin vaxt Emin özündə olmayıb, sudurqa vəziyyətində idi. Emini “Anadolu” özəl xəstəxanasına apardılar, ondan sonra Emini cəmi bir dəfə, reanimasiyada 5 dəqiqəlik görə bildim. Eminin ölümündən az əvvəl valideynlərinə zəng etməyini bilirəm, amma nə danışdıqlarından xəbərsizəm. Bir şey olsaydı, Emin mənə deyərdi. Eminin xəstəliyi vardı. 2012-ci ildə ona ciyər köçürülmüşdü. Bundan başqa mədəsindən qanaxma ilə Türkiyəyə aparmışdılar. Eminin sonra qızdırması, gecələr qaşınması olurdu, yata bilmirdi, onu həkimə göstərmirdilər. Emin rəhmətə gedəndən sonra qaynatamgil məni evdən qovmaq dərəcəsinə çatdırmışdılar. Bəybala müəllim evdən çıxdığım gün, yanvarın 18-də mənə təhdidedici sözlər dedi. Bildirdi ki, onu öldürəcəklər, sonra isə məni. Guya nəyisə gizlədirəm. Bu ittihamlara dözə bilmədim, bildirdim ki belə yaşaya bilmərəm. Allah bilir ki, biz əşyalarımızı götürüb ordan necə çıxmışıq. Qaynanam və qaynatam məni təhqir edirdilər, guya Eminə xəyanət etmişəm. Kim olsa çıxıb gedərdi. Əgər Eminin ölümündə əlim varsa sübut etsinlər”.

PAYLAŞMAQ: