Emin Hüseynova donorluq edən dayısı oğlu Cavidan Musəvinin də ittiham olunduğuna rast gəldik

Emin Hüseynova donorluq edən dayısı oğlu Cavidan Musəvinin də ittiham olunduğuna rast gəldik

İyul 22, 2019

Məsləni araşdıran zaman 2013-cü ildə mərhum Emin Hüseynova donorluq edən dayısı oğlu Cavidan Musəvinin də ittiham olunduğuna rast gəldik. Bəybala Hüseynov iddia edir ki, oğlu dünyasın dəyişən zaman gəlinin xalasıoğlu (halbuki Cavidan mərhum Eminin Hüseynovun da dayısı oğludu) onun telefonunu suya ataraq məhv edib. Düzdü bir zamanlar yaşaması üçün öz qaraciyərindən keçmiş birisinin indi isə ölümünə səbəbkarlardan biri kimi qələmə verilən Cavidanı danışdırmaq mümükün olmasa da ağlımıza ilk gələn o oldu ki, Cavidan Musəvi niyə 3 il sonra doğma bibisi oğlunun ölümünü istəsin?

Qayıdaq Prokuroluğun məsələ ilə bəyanatına. Baş Prokurorluğun məsələ ilə bəyanatında xüsusi olaraq vurğulanır ki , “E.Hüseynovun ölümü ilə əlaqədar Türkiyə Respublikasında başlanmış cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair həmin dövlətin Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş beynəlxalq tapşırıqda mərhumun Antalya şəhərində “Lara Delphin Be Grand” otelinin idman zalında idmanla məğul olduğu zaman yıxılaraq huşunu itirdiyi, bir neçə gün xəstəxanada stasionar şəraitdə müalicə olunmasına baxmayaraq öldüyü qeyd olunmuşdur. Tapşrıqda bununla əlaqədar mərhumun meyitinin ekshumasiya edilməsi (meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmaqla müayinə edilməsi) və zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsi xahiş edilsə də, ölmüş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən mərhumun atası Hüseynov Bəybala Qaraş oğlu Baş Prokurorluğa ərizə ilə müraciət edərək bu istintaq hərəkətinin keçirilməsinə razılıq verməmişdir. Qeyd edilən xüsusatlardan əlavə, mərhumun atası Bəybala Hüseynovun Baş Prokurorluğa ünvanladığı ərizələrinə əlavə etdiyi Türkiyə Respublikasında istintaq prosesindən kənar keçirilmiş təkrar ekspertiza rəylərinin həqiqiliyini müəyyən etmək üçün həmin dövlətin səlahiyyətli orqanlarına, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinə sorğular ünvanlanmış, həmin qurumlardan daxil olmuş məlumatlarda arvadı Elfira Hüseynova tərəfindən icazə verilmədiyi üçün E.Hüseynovun meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından onun ölümünün səbəblərinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir”.

Prokurorluğun bəyanatında daha bir məqama diqqət yetirsək, görərik ki, məsələ heç də Bəybala Hüseynovun hay- küy saldığı kimi deyil: Bəyanatda daha sonra deyilir: “Bununla yanaşı, Türkiyə Respublikasında aparılmış istintaqla da E.Hüseynovun öldürülməsi faktı müəyyən olunmamış, mərhumun səhhəti ilə bağlı əziyyət çəkməsi, 2013-cü ildə qaraciyər transplantasiyası, 2017-ci ildə daxili qanaxma diaqnozu ilə əməliyyat keçirməsindən sonra ağır idman növləri ilə məşğul olmasının qəfil ölümə səbəb ola biləcəyi istisna edilməmişdir”.

Bəli, bu Baş Prokurorluğun yaydığı bəyanat idi. Məlum bəyanatdan sonra Bəybala Hüseynov ciddi –cəhdlə vurğulayır ki, əgər bu adam xəstə idisə, niyə bunu işə götürmüşdünüz. Jurnalist araşdırması zamanı mövcud qanunvericiliyə üz tutmağı qərara aldıq. Məlum oldu ki, “Dövlət qulluğu haqqında” qanuna müvafiq olaraq məsləhətçi vəzifəsinə təyinat üçün sağlamlıq tələbi yoxdur. Bu da o deməkdir ki mərhum Emin Hüseynovun vəzifəsi mülki olmaqla, dövlət qulluğunun ilk pilləsidir. Sağlamlıq tələbi prokurorluq işçisi və ya əməliyyat-axtarış fəaliyyəti subyektinin əməkdaşına, yəni hüquq-mühafizə və ya hərbi xidmət qulluqçularına münasibətdə tətbiq edilir. Və Bəybala Hüseynovun da mərhum oğlunun xidməti vəsiqəsini media səhifələrində paylaşması buna subutdur. Məsələnin ikinci tərəfi, əgər Bəybala Hüseynov qaraciyəri dəyişdirilmiş övladına sağlamlıq haqqında arayışı ala bilibsə buna işə götürən orqan nə etsin?

Qayıdaq yenidən Bəybala Hüseynovun səsləndirdiyi iddialara. Əgər doğurdan da onun oğlu Emin Hüseynov Türkiyədə zəhərlənibsə, onda onunla birgə olan həyat yoldaşı nə üçün zəhərlənməyib? Və yaxud da belə çıxır ki, Bəybala Hüseynovun gəlini və qaynı oğlu bu işdə “sifarişçi”nin köməkçiləri olublar. Bu necə qətldir ki, işin icraçıları və ya köməkçiləri olan Bəybala Hüseynovun yaxın qohumları heç bir motiv olmadan bu cinayətə gediblər??? Və zəhərlənmə doğurdan da olmuşdusa nəyə görə, Bəybala Hüseynov zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün mərhum oğlunun ekshumasiya edilməsi istintaq hərəkətinin keçirilməsinə razılıq verməmişdir??

Əslində verdiyi sərsəm bəyanatlar, absurd ittihamlarla “sarı” mətbuatın “kövrək” qəhrəmanlarından birinə çevrilən Badamdar bələdiyyəsinin sabiq sədri Bəybala Hüseynov özünü “qurban” qismində təqdim etməklə daha böyük güclərin çirkin maraqlarının “qurbanlığı” olduğunu sərgiləyir.

Ölkə.az

PAYLAŞMAQ: