Türkmənistan prezidentinin ölüm xəbəri ilə bağlı – AÇIQLAMA

Türkmənistan prezidentinin ölüm xəbəri ilə bağlı – AÇIQLAMA

İyul 23, 2019

Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulı Berdimuhammedin vəfat etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, Moskvadakı diplomatik missiyanın nümayəndəsi məlumatı təkzib edib.

“Bu tamamilə yalandır”, – deyə, agentliyin həmsöhbəti bildirib.

***18:07

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə politoloq və “Qovorit Moskva” radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər verib.

O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb.

PAYLAŞMAQ: