Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi

İyul 23, 2019

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası  keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Azerfon” MMC-nin adından vətəndaş G.Pahnkenin məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun sentyabr ayının 18-nə təyin edilmiş iclasında baxılacaq.

PAYLAŞMAQ: