Nəsimi sakini evində halsız vəziyyətdə aşkarlandı

Nəsimi sakini evində halsız vəziyyətdə aşkarlandı

İyul 23, 2019

Nəsimi sakini evində halsız vəziyyətdə aşkarlanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

PAYLAŞMAQ: