“Arvadımı qucaqlamaq istəyirəm, alınmır”

“Arvadımı qucaqlamaq istəyirəm, alınmır”

İyul 23, 2019

Türkiyəli ifaçı Sərdar Ortaç verdiyi açıqlama ilə jurnalistləri güldürüb.

Axşam.az-a istinadən bildirir ki, o, sualları cavablandırarkən “Bir daha dünyaya gəlsəm, uzunboylu olmaq istərdim” söyləyib. İfaçı bunun səbəbini isə belə izah edib:

“Çünki arvadımın boynunu qucaqlamaq istəyirəm, alınmır. Xloe məndən uzundur. O, 177 sm, mən isə 167 sm-əm”.

Qeyd edək ki, S.Ortaçın evləndiyi irlandiyalı Xloe modeldir.

PAYLAŞMAQ: