Tramp: ABŞ Əfqanıstandakı müharibədə bir həftə ərzində qalib gələ bilər

Tramp: ABŞ Əfqanıstandakı müharibədə bir həftə ərzində qalib gələ bilər

İyul 23, 2019

ABŞ Əfqanıstandakı müharibədə 7-10 gün ərzində qalib gələ bilər.

Trend-ə istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp Pakistanın baş naziri ilə görüşü zamanı deyib.

D.Tramp bildirib: “Mən bu müharibədə bir həftə ərzində qalib gələ bilərəm, lakin mən 10 milyon insanı öldürmək istəmirəm… Mənim planlarım var idi və əgər mən bu müharibədə qalib gəlmək istəsəydim Əfqanıstan yer üzündən silinmiş olardı. Hər şey 10 günə bitərdi”.

ABŞ prezidenti əlavə edib ki, biz polis deyilik və olmaqda istəmirik: “Biz 18 ildir ki Əfqanıstandayıq və bu mənasızdır”.

PAYLAŞMAQ: