Bakıda itkin düşən 15 yaşlı qız tapılıb

Bakıda itkin düşən 15 yaşlı qız tapılıb

İyul 23, 2019

Bakıda itkin düşən 15 yaşlı qız tapılıb.

Trend-ə istinadən bildirir ki, Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da itkin düşən 2004-cü il təvəllüdlü Məmmədova Rəşanə Akif qızı iyulun 20-si saat 09:00 radələrində sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

Fakt üzrə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən araşdırma aparılır.

PAYLAŞMAQ: