Bakıda 4 otaqlı ev yanıb

Bakıda 4 otaqlı ev yanıb

23.07.2019

10:54

Bakıda yanğın qeydə alınıb.

Trend-ə istinadən bildirir ki, şəhərin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞMAQ: