2020 Olimpiya oyunları üçün Toyota xüsusi avtobuslar istehsal etməyə başladı

2020 Olimpiya oyunları üçün Toyota xüsusi avtobuslar istehsal etməyə başladı

23.07.2019

10:55

 

Toyota Olimpiada üçün elektrik enerjisi ilə işləyən avtobuslar hazırlayır.

chip.az-a istinadən bildirir ki, Toyota ötən il verdiyi açıqlamada, 2020 Tokio Olimpiya Oyunları zamanı “uçan avtomobillər” istifadə edərək nəqliyyat problemini həll edəcəklərini bildirmişdi. Ancaq uçan avtomobil istehsal etmək o qədər də asan deyil. Bu səbəbdən şirkət hazırda elektrik enerjisi ilə işləyən avtobuslar üzərində işləyir.

Nəqliyyat vasitəsi avtobuslar 5 nəfəri daşıya biləcək. 15 km sürətə malik mini avtobuslar əlil arabasında olan sərnişinləri belə daşıya biləcək.

APM (Accessible People Mover) adını alacaq bu mini avtobuslarla həm tamaşaçılar, həm aktyorlar, həm də Olimpiya Stadionunun əməkdaşlarının daşınmasında istifadə olunacaq.

PAYLAŞMAQ: