Mingəçevir su anbarında batdığı güman edilən Şəki sakini sağdır

Mingəçevir su anbarında batdığı güman edilən Şəki sakini sağdır

25.07.2019

2:22

İki gün öncə Mingəçevir su anbarında, qeyi-çimərlik ərazidə (nəzarətsiz) batan 1991-ci il təvəllüdlü, Şəki şəhər sakini Röyal Yusifovun sağ olduğu məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, R.Yusifov həmin gün heç kimə xəbər vermədən çimərlikdən birbaşa Bakıya gəlib.

Onunla birlikdə çimərliyə gələn şəxslər də elə zənn edib ki, R.Yusifov su anbarında batıb və bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

PAYLAŞMAQ: