Nazirlər Kabineti 3 qəzet üçün kağız normalarını artırıb

Nazirlər Kabineti 3 qəzet üçün kağız normalarını artırıb

İyul 25, 2019

Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərinin redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınan qəzet kağızı normaları artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” qərarda dəyişiklik edib.

Beləliklə, hər üç qəzetdə hər bir nüsxənin həcmi 8 səhifədən 10 səhifəyə qaldırılıb. Bu mətbuat orqanlarının qəzet kağızına illik tələbatı da artırılıb. Bu göstərici “Azərbaycan” qəzeti üçün 118 tondan 148 tona,  “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetləri üçün 98 tondan 123 tona qaldırılıb.

Maliyyə Nazirliyinə bu qərardan irəli gələn maliyyə təminatı məsələlərinin həlli üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

PAYLAŞMAQ: