Hündürlükdən yıxılan Salyan sakini komatoz vəziyyətdə reanimasiyaya yerləşdirilib

Hündürlükdən yıxılan Salyan sakini komatoz vəziyyətdə reanimasiyaya yerləşdirilib

25.07.2019

2:40

Salyan rayonunda bədbəxt hadisə qeydə alınıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Pambıqkənd kənd sakini,1984-cü il təvəllüdlü Qasımov Kamil Aqış oğlu hündürlükdən yıxılıb.

Müxtəlif dərəcəli xəsarətlər alan K.Qasımov Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki. ağır kəllə-beyin travması alan yaralı komatoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan Polis Şöbəsində araşdırma aparılır.

PAYLAŞMAQ: