Apple Watch bir insanın həyatını xilas etdi

Apple Watch bir insanın həyatını xilas etdi

İyul 25, 2019

Apple Watch ürəyində problem olan Paul Huttonu xəbərdarlıq edərək həyatını xilas etdi.

Aşağı ürək döyüntüsü  xəbərdarlığını verən Apple Watch sayəsində həkimə gedən Paul Hutton əməliyyata girərək ürək xəstəliyindən xilas olub.

Milli.Az chip.az-a istinadən bildirir ki, Apple Watch məlum olduğu kimi EKG xüsusiyyəti ilə aşağı və yüksək ürək döyüntü sürətlərini ölçərək istifadəçini xəbərdarlıq edir və ürək problemlərinin ola biləcəyinin işarələrini verir. Çoxsaylı aşağı ürək sürəti xəbərdarlığı edildikdən sonra 48 yaşlı Pol Hutton ürək xəstəsi olduğunu öyrənərək ürək əməliyyatına daxil olaraq bu narahatlığından qurtulub.

The Telegraph tərəfindən bildirilən xəbərə görə Paul Hutton Apple Watchından çox aşağı ürək sürəti xəbərdarlığı alırdı. Həkimə gedərək həqiqətən ürək sürətinin aşağı olub olmadığı məlumatını alan Hutton həkiminin apardığı testlər nəticəsində həqiqətən aşağı qəlb sürətinə malik olduğunu öyrənərək həyatından kofeini tamamilə çıxarıb.

Hutton əməliyyatdan çıxdığından bəri Apple Watch-a nəzarət etdiyini və hər şeyin daha yaxşı olduğunu deyir. Pol Hutton-un başından keçən bu hadisələrin də göstərdiyi kimi Apple Watch bir insanın ürək döyüntüsünü müəyyən edərək pis xəstəliklərin qarşısını alır.

PAYLAŞMAQ: