Huawei öz smartfonlarında Android əməliyyat sistemindən istifadə etməyə davam edəcək

Huawei öz smartfonlarında Android əməliyyat sistemindən istifadə etməyə davam edəcək

İyul 25, 2019

ABŞ hökumətinin Huawei şirkətinə qarşı təyin etmiş olduğu sanksiyalardan sonra internetdə aktiv şəkildə şirkətin fərdi əməliyyat sistemi barəsində müzakirələr gedirdi. Şirkətin icraçı direktoru hətta müsahibələrindən birində qeyd etmişdi ki, şirkətin fərdi əməliyyat sistemi Android ilə iOS-dən daha sürətli olacaq. İndi isə şirkətin direktorlar şurasının üzvü və baş vitse-prezidenti Catherine Chen şirkətin yeni planları barəsində danışıb. Bu barədə Xinhuanet.com saytına istinadən 4pda saytı xəbər verib.

Catherine Chen bildirib ki, bir neçə müddət bundan öncə qeydiyyatdan keçirilmiş HongMeng ticarət nişanı sənaye istifadəsi üçün nəzərdə tutulub və əməliyyat sisteminin hazırlanmasına Android-ə uyğun analoqun tapılmasına başlanılmasından daha öncə start verilib. O həmçinin bildirib ki, smartfonlar üçün olan əməliyyat sistemləri adətən milyonlarla kod sətrlərinə sahib olurlar. HongMeng OS isə sadəcə olaraq yüz minlərlə kod sətrinə sahibdir. Nəticə etibarilə bu əməliyyat sistemi daha az sistem boşluğuna sahibdir və daha təhlükəsizdir.

Bundan əlavə olaraq sözügedən əməliyyat sistemi smartfonlar üçün olan digər müasir əməliyyat sistemləri ilə müqayisədə əməliyyatlara daha tez reaksiya verir. Bütün bunlara baxmayaraq Catherine Chen-in sözlərinə əsasən şirkət HongMeng OS-i smartfonlarda istifadə etmək niyyətində deyil. Şirkət öz smartfonlarında əməliyyat sistemi kimi Android-dən istifadə etməyə davam edəcək. Maraqlısı ondadır ki, bu ayın əvvəlində şirkətin fərdi əməliyyat sistemi barəsində ilk rəylər ortaya çıxmışdı. Bir neçə müddət bundan öncə isə məlumat ortaya çıxdı ki, bu əməliyyat sistemi ilk öncə şirkətin televizor modellərində istifadə olunacaq.

PAYLAŞMAQ: