Meksikada helikopter qəzası: ölənlər var

Meksikada helikopter qəzası: ölənlər var

İyul 25, 2019

Meksikanın Miçoakan ştatında helikopter qəzaya uğrayıb.

Trend-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Silvano Aureoles öz “Twitter” səhifəsində yazıb.

S.Aureoles bildirib: “Dərin hüznlə bildirirəm ki, qəzaya uğrayan helikopterdə ştatın polis əməkdaşı Xose Martin Qodoy Kastro, sosial sığorta sisteminin rəhbəri German Orteqa və iki pilot olub. Heç kim sağ qalmayıb”.

Onun sözlərinə görə, qəzanın mümkün səbəblərindən biri hava şəraiti olub. Hazırda mütəxəssislər qəzanın dəqiq səbəbini araşdırırlar.

PAYLAŞMAQ: