Rusiya Türkiyənin bəzi vətəndaşları üçün viza rejimini ləğv edib

Rusiya Türkiyənin bəzi vətəndaşları üçün viza rejimini ləğv edib

25.07.2019

18:47

Rusiya Prezidenti Vladimir Putin xüsusi və xidməti pasportlara sahib olan Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə göstəriş verib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, V.Putin tərəfindən imzalanan sənədə görə, xüsusi və xidməti pasportlara sahib olan Türkiyə vətəndaşları, onların ailə üzvləri, eləcə də Türkiyənin Rusiyadakı diplomatik nümayəndəliklərinin əməkdaşları 2015-ci ildən tətbiq edilməyə başlanan viza rejimindən azad ediliblər. Sənəd imzalandığı gündən qüvvəyə minir.

PAYLAŞMAQ: