Daha üç PKK terrorçusu məhv edilib

Daha üç PKK terrorçusu məhv edilib

İyul 25, 2019

Türkiyə silahlı qüvvələri tərəfindən İraqın şimalında PKK terror təşkilatına qarşı davam etdirilən “Pəncə” əməliyyatı çərçivəsində Metina bölgəsində daha 3 terrorçu zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Əməliyyat nəticəsində terror təşkilatına məxsus külli miqdarda silah-sursat ələ keçirilib, bir sıra sığınacaqlar dağıdılıb.

PAYLAŞMAQ: