Salavat qəbirdə olan nurdur

Salavat qəbirdə olan nurdur

26.07.2019

10:19

Hədislərdə oxuyuruq ki, qəbir hər gün fəryad çəkər: “Mən dəhşətli evəm. Mən qəm eviyəm”. Lakin qəbir hər kəs üçün belə bir ev deyildir. Bəlkə bir çoxları üçün istirahət etdikləri ən münasib yerdir.

Bərzəx aləmində, yəni qəbirdə elə hadisələr baş verər ki, insan əməlinin nəticələridir. Başqa sözlə desək, biz elə əməllər görə bilərik ki, onun vasitəsilə qəbrimizi nurani edərik.

Hədislərdə oxuyuruq ki, meyiti tez bir zamanda qəbrə qoymayın, bəlkə səbir edin. Qəbrin kənarında yerə qoyun. Meyit girəcəyi evə isinə bilsin. Bu qorxunu meytdən ala bilən əməllərdən biri – vəhşət namazıdır.

İnsanın qəbirinin nurani və səfalı olması üçün salavatı çox zikr etməsi mühümdür. Həzrət Peyğəmbər (s) buyurur: “Mənə çoxlu salavat göndərin. Mənə salavat göndərmək qəbirdə olan nurdur, Siratda olan nurdur və behiştdə olan nurdur”. Əlbəttə nur dedikdə, həyat nəzərdə tutulur. O yerdə ki, nur olar – əzab olmaz, aclıq və susuzluq olmaz.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, hər kim “Nur” surəsini vacib və ya nafilə namazlarında oxuyarsa, Allah onu qəbir əzabından qoruyar.

Həmçinin gecə namazı haqqında da belə hədislər mövcuddur. Bu hədislər buyurur ki, gecə namazı qəbri işıqlandırar və əzabı aradan aparar. Allah Təala Həzrət Musaya (ə) xitab edir ki, gecənin qaranlığında qalx ki, qəbrini behişt bağlarındakı bağ kimi edim.

İmam Baqir (ə) buyurur: “Əgər kimsə rükusunu tamam etsə, yəni namazını yaxşı yerinə yetirsə, qəbir dəhşəti ona nazil olmaz”.

İmam Rza (ə) buyurur: “Gecə namazına çox inayət göstərin. Elə bir bəndə yoxdur ki, gecənin sonunda ayağa qalxsın, 8 rükət gecə nafiləsini, iki rükət şəf namazını və bir rükət vitr namazını qılsın və vitr namazının qunutunda 70 dəfə istiğfar etsin, məgər o halda ki, Allah onu qəbir əzabından hifz edər və Öz pənahında qərar verər”.

Ona görə də gecə namazının ilk xasiyyəti budur ki, insan qəbir əzabından xilas olar.

Gecə namazı qılmağın müsbət nəticələri:

1. Qəbir əzabını dəf edər.

2. Cəhənnəm əzabını dəf edər.

3. Ömrü uzun edər.

4. Ruzini çoxaldar.

“Yasin” surəsini oxumaq da qəbir əzabını aradan qaldıra bilən amillərdəndir. Həmçinin Rəcəb ayı gecələrində qılınan Rəğayib namazı da qəbir əzabını dəf edər. Şəban ayında 12 gün oruc tutmaq da bu xasiyyətə malikdir.

PAYLAŞMAQ: