Bukerov mükafatına namizədlərin uzun siyahısı açıqlanıb

Bukerov mükafatına namizədlərin uzun siyahısı açıqlanıb

İyul 26, 2019

Londonda ingilis ədəbiyyatı dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan Bukerov mükafatına namizədlərin uzun siyahısı açıqlanıb.  AZƏRTAC-a istinadən bildirir ki, siyahı Bukerov mükafatının saytında açıqlanıb.

Məlumata görə, siyahıya 13 ədəbi əsər salınıb. Salman Rüşdinin “Kixot” romanı, Marqaret Etvudun “Vəsiyyətlər” və Canet Uintersonun “Frankenşteyn” əsərləri mükafata namizəd irəli sürülən kitablar sırasındadır.

2018-ci ildə Bukerov mükafatının laureatı “Südçü” romanına görə ingilis yazıçısı Anna Berns olub. Əslən Şimali İrlandiyadan olan Bernsin mükafatı 50 min funt sterlinq təşkil edib.

PAYLAŞMAQ: