Benedikt Kamberbetç ekranda məşhur rəssamın obrazını canlandıracaq

Benedikt Kamberbetç ekranda məşhur rəssamın obrazını canlandıracaq

26.07.2019

10:36

Britaniya aktyoru Benedikt Kamberbetç rejissor Uill Şarpın ingilis rəssamı Luis Ueyn haqqında bioqrafik dramında baş rolda çəkiləcək.

AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı “Deadline” resursu yayıb.

Aktyor etiraf edib ki, baş rolda çəkiləcəyinə, habelə belə bir əhəmiyyətli filmə prodüserlik edəcəyinə görə çox həyəcan keçirir. O əlavə edib ki, Uill Şarpın “Flauerslər ailəsi” serialı sayəsində bir neçə il rəssamın əsərlərindən böyük zövq alıb.

Aktyorun sözlərinə görə, Ueynin mənalı ömür tarixçəsini canlandıra biləcək ideal insan məhz Şarpdır. O deyib: “Biz tamaşaçılara həqiqi məhəbbətin yenilməzliyi, qüdrəti və əbədiliyi haqqında səmimi, bir qədər oynaq, lakin dərin düşüncələrə yol açan hekayət təqdim etməyi planlaşdırırıq”.

Filmin çəkilişləri avqustun 10-da Londonda başlayacaq.

PAYLAŞMAQ: