Aya ilk ayaq basan kosmonavtın ölümünün SİRRİ

Aya ilk ayaq basan kosmonavtın ölümünün SİRRİ

İyul 26, 2019

əşəriyyət üçün kosmosda böyük addıma imza atan Nil Armstronq 83 yaşında dünyasını dəyişib.

Kosmonavtın ürəyində aparılan əməliyyatdan sonra o, dünyasını dəyişib.

Ehtimal edilir ki, ölümə əməliyyat səbəb olub.

“New York Times”ın jurnalistləri iddia edir ki, həkim səhvini ört-basdır etmək üçün tibb işçiləri əfsanəvi kosmonavtın övladlarına pul təklif ediblər.
Jurnalistlər qeyd edir ki, Armstronqun müalicə olunduğu xəstəxana onun övladlarına susmaq üçün 6 milyon dollar ödəyib. Varislər pulu atalarının ölümündən sonra gizli razılaşma ilə əldə ediblər.

Qeyd edək ki, “Apollon-11” gəmisinin komandiri Nil Armstronq 1969-cu ilin iyul ayında Ayın səthinə enib. O, 2012-ci ildə vəfat edib. O dövrdə onun qohumları xəstəxanaya qarşı iddia qaldırmışdılar.

PAYLAŞMAQ: