“Queen” qrupu üç yeni klip buraxmağa hazırlaşır

“Queen” qrupu üç yeni klip buraxmağa hazırlaşır

26.07.2019

10:45

“Queen” qrupu üç yeni klip buraxmağa hazırlaşır.  AZƏRTAC-a istinadən bildirir ki, kollektiv bu barədə özünün “Facebook” səhifəsində yazıb.

Yazıda deyilir ki, musiqiçilər bu yolla “Bohemian Rhapsody” mahnısının klipinin “YouTube” platformasında 1 milyard baxış sayı toplamasını qeyd etmək istəyirlər.

Bu məqsədlə ifaçılar müsabiqə elan ediblər. Müsabiqə şərtlərinə görə, “Queen”in bütün pərəstişkarları həmin videokliplərin yaradılmasında iştirak edə bilərlər.

Müsabiqə qrupun “Biz qalibik” (“We are the Champions”) mahnısının analogiyası üzrə “Siz qalibsiniz” (“You are the Champions”) adı altında keçiriləcək.

PAYLAŞMAQ: