Rusiya Türkiyəyə S-400 tədarükünün ilk mərhələsini başa vurub

Rusiya Türkiyəyə S-400 tədarükünün ilk mərhələsini başa vurub

İyul 26, 2019

Rusiya Türkiyəyə “Triumf” S-400 zenit-raket sistemləri tədarükünün birinci mərhələsini başa çatdırıb.

Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə federal xidməti bildirib.

Məlumata əsasən, əmlakın qalan hissəsinin tədarükü tərəflər arasında razılaşdırılmış təqvimlərə uyğun keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq.

PAYLAŞMAQ: