Hava limanından 750 kiloqram qızıl oğurlanıb

Hava limanından 750 kiloqram qızıl oğurlanıb

İyul 26, 2019

Naməlum şəxslər Braziliyanın San Paulu şəhərindəki beynəlxalq hava limanından 750 kiloqram qızıl oğurlayıblar.

Cinayətkarlar iyulun 25-də hava limanına polis avtomobilinə bənzəyən iki maşınla gəliblər. Onlar həmçinin hüquq-mühafizə orqnlarının formasını geyinib silahlanmışdılar.

Yük terminalına girdikdən sonra cinayətkarlar Brink’s şirkətinə məxsus ikasator furqonunu qarət edərək qaçıblar.

Oğurlanan qızılın dəyəri 30 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

PAYLAŞMAQ: