Azərbaycan vətəndaşı Rusiyada həbs edildi

Azərbaycan vətəndaşı Rusiyada həbs edildi

İyul 26, 2019

Rusiyanın Tula vilayətində 41 yaşlı Azərbaycan vətəndaşı 6 dəfə avtomobil akkumulyatoru oğurlamaqda günahkar bilinib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat verib.

O, akkumulyatorları Proletar rayonunda evlərin yanında park edilmiş avtomobillərdən oğurlayırmış. Cinayətkar dindirilmə zamanı bir neçə avtomobil akkumulyatorunu sahiblərinə geri qaytarıb.

Məhkəmə kişiyə 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

PAYLAŞMAQ: