Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

26.07.2019

18:58

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 200 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 27, 29, 30 və 31-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət etməlidirlər.

PAYLAŞMAQ: