Mixail Levaşov: “Arsenal” “Neftçi” ilə matçda tarazlığı qoruyub saxlaya bilmədi

Mixail Levaşov: “Arsenal” “Neftçi” ilə matçda tarazlığı qoruyub saxlaya bilmədi

İyul 26, 2019

Tulanın “Arsenal” klubunun futbolçuları Avropa Liqasının seçim mərhələsi çərçivəsində Bakının “Neftçi” klubu ilə matçda tarazlığı qoruyub saxlaya bilməyib.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Matç Premyer” kanalının efirində “Arsenal”ın qapıçısı Mixail Levaşov söyləyib.

Tula klubu ikinci təsnifat mərhələsinin birinci matçında 0:1 hesabı ilə “Neftçi”yə uduzub. Tula komandası birinci hissənin sonunda öz qapısından top buraxıb.

Levaşov deyib: “Bütün oyun boyu tarazlığı qoruyub saxlamaq lazım idi. Rəqib praktiki olaraq heç nə yaratmadı. Öz oyunumuzu təhlil etməliyik, çünki biz də qol vurmaq üçün əla fürsət yarada bilmədik”.

Qolkiper qapıdan buraxdığı topla bağlı məqamı xatırlayaraq deyib: “Mənə belə gəlir ki, diqqət hücum üzərində cəmləndiyi üçün müdafiə unuduldu. Mən rəqibin hücumçusu ilə üzləşdim, sonra qol vuruldu”.

“Arsenal” və “Neftçi” arasında cavab oyunu avqustun 1-də Bakıda keçiriləcək.

PAYLAŞMAQ: