DSX: İran gəmisi heyət üzvləri xilas edildikdən sonra batıb

DSX: İran gəmisi heyət üzvləri xilas edildikdən sonra batıb

26.07.2019

20:21

İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisi heyəti xilas edildikdən sonra saat 16:22-də batıb.

Bu barədə DSX-dən məlumat verilib.

Bu gün saat 14:15-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətindən APA-ya bildirilib ki, Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

PAYLAŞMAQ: