Ramil Şeydayev 90 dəqiqə oynadı, qol ötürməsi etdi

Ramil Şeydayev 90 dəqiqə oynadı, qol ötürməsi etdi

İyul 27, 2019

Rusiya Premyer Liqasında 3-cü tura start verilib.

qol.az-a istinadən xəbər verir ki, turun açılış oyununda millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” doğma meydanda “Ural”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

“Dinamo” – “Ural” – 2:0
Qollar: Yusupov, 16, Pançenko, 31

Millimizin hücumçusu start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Ramil 31-ci dəqiqədə Pançenkonun vurduğu qolun ötürməsini verib.

Qeyd edək ki, bu mövsüm ilk qələbə ilə xalını 4-ə yüksəldən Moskva təmsilçisi turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Bu mövsüm ilk məğlubiyyətini görən “Ural” isə 6 xalla 2-cidir.

PAYLAŞMAQ: