Türkiyədə daha bir təhlükəli terrorçu məhv edilib

Türkiyədə daha bir təhlükəli terrorçu məhv edilib

28.07.2019

23:44

Türkiyənin təhlükəsizlik qüvvələri Şırnakdakı Cudi və Ağrı səmtində yerləşən Tendürek dağlarında uğurlu antiterror əməliyyatları keçirib.

AZƏRTAC xəbər verir ki, əməliyyatlar zamanı 8 terrorçu məhv edilib. Tendürek dağında zərərsizləşdirilən iki terrorçudan biri “Agir” ləqəbli Uğur Arslan olub. PKK/KCK terror təşkilatlarının aparıcı şəxslərindən olan U.Arslanın haqqında axtarış elan edilmişdi. Onun tutulması üçün 600 min lirə (təxminən 105 min ABŞ dolları) vəsait ayrılmışdı

PAYLAŞMAQ: