Ukraynada 2 milyondan çox insan hepatit C və B viruslarının daşıyıcısıdır

Ukraynada 2 milyondan çox insan hepatit C və B viruslarının daşıyıcısıdır

28.07.2019

23:47

Ukraynada 2 milyondan çox insan hepatit C və B viruslarına yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirini əvəz edən Ulyana Suprun Hepatitə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər il təxminən 3 min insan hepatit C və B viruslarına yoluxur. Nazir əvəzi əhalini hepatit xəstəliyi ilə bağlı müayinə olunmağa çağırıb. Çünki insanlar bilmədən bu xəstəliyin daşıyıcıları ola bilərlər.

PAYLAŞMAQ: