AŞPA-nın prezidenti Moskvada keçirilən aksiyada saxlanılanlara görə narahatlığını bildirib

AŞPA-nın prezidenti Moskvada keçirilən aksiyada saxlanılanlara görə narahatlığını bildirib

29.07.2019

0:02

Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mori Paske Moskvanın mərkəzində keçirilmiş razılaşdırılmamış mitinqin iştirakçılarının saxlanılmasına görə narahatlığını bildirib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, AŞPA-nın prezidenti söz və toplaşmaq azadlığının demokratiyanın vacib şərtlərindən biri olduğunu bildirib.

Xatırladaq ki, aksiyada mindən çox şəxs saxlanılıb.

Rəsmi qurumlar aksiya iştirakçılarına əvvəlcədən qanun pozuntusunun yolverilməzliyi ilə bağlı xəbərdarlıq etmişdilər. Moskvanın meri Sergey Sobyanin hüquq-mühafizə orqanlarının məlumatlarına əsasən bildirmişdi ki, insanların həyat və sağlamlığına təhlükə yaradan ciddi təxribatlar hazırlanır.

PAYLAŞMAQ: