Azərbaycan cüdoçusu Zaqreb Qran-prisində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Zaqreb Qran-prisində bürünc medal qazanıb

29.07.2019

10:25

Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışı başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycanı təmsil edən İrina Kindzerska beynəlxalq turnirin sonuncu günü bürünc medal qazanıb. Portuqaliya, Monqolustan, Ukrayna, Tunis idmançılarına qalib gələn Kindzerska yalnız turnirin çempionu, yaponiyalı Sone Akiraya uduzub.

Qeyd edək ki, Zaqreb Qran-Prisində 86 ölkədən 552 cüdoçu mübarizə aparıb.

PAYLAŞMAQ: