Pompeo İrandan şikayətləndi

Pompeo İrandan şikayətləndi

İyul 29, 2019

ABŞ dövlət katibi Mayk Pompeo İranın onun Tehrana səfər etmək təklifini qəbul etmədiyini söyləyib.

Trend-ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ dövlət katibi “Twitter”də yazı paylaşıb.

“Bu yaxınlarda Tehrana gedib İran xalqı ilə birbaşa danışmağı təklif etdim. Rejim mənim təklifimi qəbul etmədi”. Paylaşdığı bu fikri Pompeo əvvəllər bir müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-da daim sərbəst danışmaq hüququndan istifadə edir.

PAYLAŞMAQ: