Eqan Bernal “Tour de France” yarışlarında qalibi olub

Eqan Bernal “Tour de France” yarışlarında qalibi olub

İyul 29, 2019

İngilis komandası “Team Ineos”-u təmsil edən kolumbiyalı idmançı Eqan Bernal, Fransanın paytaxtında 28 İyul Bazar günü başa çatan “Tour de France” – 2019 veloyarışının qalibi olub.

Trend-ə istinadən bildirir ki, ümumi təsnifatda o, komanda yoldaşı, britaniyalı Qereyn Toması 1 dəqiqə 11 saniyə qabaqlayıb.

Üçüncü Team Jumbo-Visma komandanın təmsilçisi hollandiyalı Stiven Krayvanşik (1 dəqiqə 31 saniyə) olub.

PAYLAŞMAQ: