“Dundalk”ın iki oyunu təxirə salındı – “Qarabağ”a görə

“Dundalk”ın iki oyunu təxirə salındı – “Qarabağ”a görə

29.07.2019

10:45

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Dundalk”ın iki oyunu təxirə salınıb.

qol.az-a istinadən xəbər verir ki,  iyulunda 31-də Bakıda “Qarabağ”la cavab oyununa çıxacaq paytaxt təmsilçisinin İrlandiya çempionatında “Sliqo Rovers” və ölkə kubokunda “Dublin”lə matçlarının vaxtı dəyişdirilib. Müvafiq olaraq, avqustun 3-ü və 5-də keçirilməsi nəzərdə tutulan görüşlərin hansı tarixdə oynanılacağı ilə bağlı isə məlumat verilməyib.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Dundalk” oyunu yerli vaxtla 21:00-da başlaycaq. Komandalar arasında Dublindəki ilk matçda heç-heçə qeydə alınıb – 1:1.

PAYLAŞMAQ: