Qaret Beylin agenti Beylin “Jiangsu Suning”ə transferinin baş tutmamasında “Real Madrid”i günahlandırıb.

Qaret Beylin agenti Beylin “Jiangsu Suning”ə transferinin baş tutmamasında “Real Madrid”i günahlandırıb.

İyul 29, 2019

 

Bu gün İngiltərə mətbuatına verdiyi müsahibə zamanı Uelsli futbolçunun agenti Conatan Barnet Beylin Çin Super Liqasında çıxış edən “Jiangsu Suning” komandasına keçməyə yaxın olsa da transferin Real Madridin “şıltaqlığına” görə baş tutmadığını bildirib.

Bazar günü “Bernabeu” mənbələrindən verilən məlumatlarda gözlənilən transferin Qaret Beylin ailəsinin buna qarşı çıxmasından sonra baş tutmadığı bildirilmişdi.

Keçən həftə ingilis mətbuatı Zinəddin Zidanın Audi Kubokunda oynayacaq heyətə Beyli salmamasından sonra “Real Madrid” klubunun Uels millisinin üzvünə transfer danışıqları aparması üçün icazə verdiyini öyrənmişdi. Klub bununla 3 illik müqaviləylə hökmlü olduğu 30 yaşlı yarım müdafiəçiyə vergilərlə birlikdə 100 miliyon maaş verməkdən canını qurtarmaq istəyirdi.

İspaniyanın “Marca” qəzeti cümə günü, Beylin “Jiangsu” klubu ilə vergiləri çıxdıqdan sonra hər sezona 22 miliyon avro alacağı 3 illik müqavilə bağlayacağını desə də Conatan Barnet bu xəbərin yalan olduğunu deyib.

Mətbuatda gəzən xəbərlərə görə Kral klubunun prezidenti Florentino Peres Çin Super Liqa komandasının, futbolçusuna bu qədər böyük məbləğ verəcəyini öyrəndikdən sonra belə dəyərli futbolçunun komandadan pulsuz transfer olunmasına razılıq verməyib. Başqa sözlə desək Peres Beylin qədrini sonradan başa düşüb.

“Jiangsu” bu gün braziliyalı müdafiəçi Miranda və xorvat hücumçu İvan Santini ilə müqavilə bağladı və bu artıq xarici oyunçu limitinin dolması deməkdir.

Cümə günü Beynəlxalq Çempionlar Kubokunda “Atletiko Madrid”dən 7 top buraxandan sonra mətbuat konfransında Zidan belə deyib : “Beyl hal-hazırda bizimlədi və oynamağa davam edir. Nə baş verəcəyini zaman göstərəcək.”

Bu gün “Real Madrid” mətbuatı Qaret Beylin klubun təlim-məşq bazasında, komanda yoldaşlarından ayrı məşq etdiyini açıqlayıb.

Tural Rzazadə

PAYLAŞMAQ: