“Qarabağ”ın nə edəcəyi bəlli deyil” – “Dundalk”ın futbolçusu

“Qarabağ”ın nə edəcəyi bəlli deyil” – “Dundalk”ın futbolçusu

31.07.2019

8:32

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyun üçün Bakıda olan “Dundalk”ın hücumçusu Ceymi MakQret təəssüratlarını bölüşüb.

Irlandiyallı futbolçu Bakıda olduğu müddətdə şəhərin xoş və gözəl olduğunu, oteldə xidmətin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

MakQret keçən il Avropa Liqasında Kiprin “Larnaka” klubu ilə qarşılaşmalarını xatırlayaraq qeyd edib: “Orada hava həddən artıq isti və rütubətli idi. İndiki heyətin böyük bir hissəsi həmin oyunda iştirak edirdi. Bu gün 21:00-da stadionda məşq edəcəyik. Məşqin oyunun başlama vaxtı ilə eyni olması bizə matça tam hazır olmağımız üçün əlavə stimul verəcək”.

Hücumçu həmçinin “Qarabağ”ın oyununu yüksək qiymətləndirib: “Onlar əks hücumlarda çox yaxşıdırlar. Biz keçən oyundakı səhvlərimizdən nəticə çıxarmağa və oyunu ikinci hissə üzərindən qurmağa çalışacağıq. Bu bizə şansları bərabərləşdirməyə imkan verir. Onların nə edəcəyi bəlli deyil. “Qarabağ”ı dayandırmaq bizə böyük stimul verər. Ancaq bunu da qeyd etmək lazımdır ki, rəqib evdə baxımlı oyun sərgiləyir və topla oynamağı sevir. Bu baxımdan  bizim üçün çətin matç olacaq. Bütün qol imkanlarını dəyərləndirməli və sərfəli nəticə qazanaraq mərhələni keçmək üçün mübarizə aparmalıyıq. Əgər bunları edə bilsək, şanslarımız olacaq və ümid edirəm ki, növbəti mərhələyə keçid imkanı qazanacağıq”.

Xatırladaq ki, sabah “Dalğa Arena”da keçirilən “Qarabağ” – “Dundalk” matçı saat 21:00-da başlayacaq.

PAYLAŞMAQ: