“”Extremadura” və “Malaga” arasında seçim etsəm…” – Mahir Emreli

“”Extremadura” və “Malaga” arasında seçim etsəm…” – Mahir Emreli

Avqust 1, 2019

Hazırda “Qarabağ”ın futbolçusuyam və bu klubun uğurları üçün çalışıram.

gol.az-a istinadən xəbər verir ki, bu fikirləri İspaniyanın bəzi klublarının diqqət mərkəzində olan “Qarabağ”ın futbolçusu Mahir Emreli söyləyib.

22 yaşlı hücumçu bildirib ki, hər bir oyunçu kimi legioner həyatı yaşamaq istəyir: “Bu barədə mənim menecerimlə əlaqə saxlasanız, daha doğru olar. İspaniya ikinci liqası olmasına baxmayaraq burada köklü klublar var. Həm də səviyyə baxımından bizim çempionatdan üstündür. “Extremadura” və “Malaga” arasında seçim etsəm, deyə bilərəm ki, “Malaga” daha tanınmışdır. Ancaq mən sonda oynaya biləcəyim klubu seçərdim. Orada oynamasam, milli komandaya fayda verə bilmərəm. Bütün bunlar mənim verəcəyim qərar deyil. Belə bir şey varsa, ilk olaraq Qurban Qurbanov, köməkçi məşqçilər və Rəşad Sadıqovla məsləhətləşərəm”.

Qeyd edək ki, Mahir Emreli ilə İspaniyanın “Extremadura” və “Malaga” klubları maraqlanır.

PAYLAŞMAQ: